“Vaqner” özəl hərbi şirkətinin mərhum təsisçisi Yevgeni Priqojinin heykəli ucaldılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Krasnodar diyarında üzərində Priqojin (M-3308) və Utkinin (M-0209) şəxsi nömrələri olan nişanların həkk olunduğu abidənin görüntüləri paylaşılıb. Abidə Qoryaçiy Klyuç şəhərində ucaldılacaq. Ərazi "Vaqner PMC-nin şəxsi ibadətgahı" adlandırılacaq. 

Xatırladaq ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə  həlak olublar. Hadisə ötən ilin avqustun 24-də baş verib. Qəzada təyyarədə olan bütün heyət (10 nəfər) həyatını itirib. 

Gülayə Mecid