Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Tavuş bölgəsində həyəcan siqnalı veriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, həyəcan siqnalı bölgənin Vazaşen (Lələkənd - red.) qəsəbəsində eşidiləcək. 

Həyəcan siqnalının təlim məqsədi daşıdığı deyilir: "Hər hansı bir təhlükə yarandıqda əhalinin xəbərdar edilməsi, sığınacaq və təxliyə əməliyyatlarının təşkili mövzusunda təlim keçiriləcək". 

Qeyd edək ki, Azərbaycan bu və digər 3 kəndin kəndin təcili qaytarılması ilə bağlı İrəvana müraciət edib. 

Vazaşen adlandırılan Lələkəndin qədim adı isə Aşhigahdır. Tarixi Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub. Kənd Yelizavetpol quberniyasının Qazax qəzasına aid olub, indi Ermənistanın İcevan rayonunda yerləşir. 

Ağarza Elçinoğlu