"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlin Haaland yığmanın məşqi zamanı zədələnib.
"Unikal" AS-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu meydanı axsayaraq məşqi vaxtından əvvəl başa vurub.
Beləliklə, Haaland Norveçin martda Çexiya (22 mart) və Slovakiya (26 mart) ilə yoldaşlıq görüşlərini buraxa bilər. Hücumçunun İngiltərə çempionatının 30-cu turunun "Arsenal"la martın 31-də keçiriləcək oyununda iştirakı da sual altındadır.
Bu mövsüm norveçli futbolçu "Mançester Siti"nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol vurub və 6 qolun ötürməsini verib.
Haaland 2019-cu ildən Norveç millisində çıxış edir. Onun ölkəsinin millisində 29 oyunda 27 qolu var.