“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti növbəti dəfə sabiq klubuna qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.
"Unikal" "Football Italia"ya istinadən xəbər verir ki, keçmiş hücumçu deyib:
“Heç vaxt qayıtmayacağam. Hər dəfə bu sualı verirlər. Amma bildirirəm ki, bir daha “Roma”ya dönməyəcəyəm”.
Qeyd edək ki, Totti 1992-2018-ci illərdə "Roma"da çıxış edib. O, 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb. Yalnız "Roma"nın formasını geyinən "Qladiator" ləqəbli Totti 2017-ci ilin yayında 24 illik futbolçu karyerasını başa vurub.