Samux rayonunda “31 mart - Azərbaycanlıların Soyqırımı günü” qeyd edilib.

"Unikal" xəbər verir ki, Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə Samux RİH-nin başçısı Firdovsi Əliyev, şəhid ailələri, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, rayon ictimaiyyəti iştirak edib. 

Tədbir iştirakçıları Samux şəhərindəki Samux Şəhidləri Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək Soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.