Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Emil Ağayevin məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, Emil Ağayev ev tikintisi adı ilə 7 nəfərdən 300 min manata qədər dələduzluq yolu ilə pul alıb.
Qeyd edək ki, cinayət işində idmançı Kamil Zeynallı zərərçəkmiş qismində tanınıb. Ona qarşı 20 min manatlıq dələduzluq cinayəti əməli törədilib. Kamil Zeynallı ziyanı ödənilməsədə 20 min manatı Emilə bağışladığını bildirib: "Sən nə qədər pulsuz insanların ümidlərini puç edəcəksən, mən istəmirəm, həbsə getsin".
Təqsirləndirilən isə zərərçəkənə qarşı mülki iddia ilə çıxış edib: "Kamil Zeynallını tanıyandan sonra biznesim çöküb. Kamil Zeynallı şoumendir. Bu, qaziləri mənim qapıma göndərirdi".
Hakim Kamil Zeynallıdan başqa digər zərərçəkənlərdən onlara qarş Kamil tərəfindən təzyiq olduğunu soruşub. Zərərçəkənlər heç bir təzyiq olmadığını bildirib.
Kamil Zeynallı: "Bunun bir şilləlik canı yoxdur, bu yalan danışır. Arvad-uşağını camaatın qabağına niyə çıxardırdın?".
Sonra digər zərərçəkənlər dindirilib.
Azər İsrafilov