Qubada mart ayında keçirilən əməliyyatlarla 8 kiloqram narkotik vasitə və 7 ədəd odlu silah aşkarlanıb.
"Unikal" DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son mart ayı ərzində rayon ərazisində keçirilən əməliyyatlarla narkotiklərin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz silah saxladıqlarına görə 51 nəfər saxlanılıb.
Qanunsuz dövriyyədən 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Bundan başqa, əməliyyat yolu ilə 6 “Kalaşnikov” avtomatı, 1 tapança, 3 patron darağı və 23 ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.