Ağdaşda 60 yaşlı kişi həmkəndliləri tərəfindən döyülüb.
"Unikal"ın məlumatına görə hadisə Kotavan kəndində baş verib. Belə ki, mübahisə və münaqişə zəminində 1964-cü il təvəllüdlü Sadəddinov Samit Yusif oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov