"Mançester Siti" İngiltərə Premyer Liqasında 33-cü tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Mançester təmsilçisi "Luton Taun"u qəbul edib. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Mançester Siti”  73 xalla (32 oyun) turnir cədvəlində birinci pilləyə yüksəlib.

Ancaq 71 xalla (31 oyun) 2-ci pillədəki "Arsenal" sabah "Aston Villa"ya qalib gəlsə, liderliyi bərpa edəcək.