Rusiya Yaxın Şərqdə növbəti təhlükəli eskalasiyadan son dərəcə narahatdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bölgədə növbəti təhlükəli eskalasiya ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Yaxın Şərqdə, ilk növbədə, Fələstin-İsrail münaqişəsi zonasında çox vaxt məsuliyyətsiz təxribatçı hərəkətlər nəticəsində yaranan çoxsaylı böhranların həll olunmaması gərginliyin artmasına gətirib çıxaracaq. İsrail və qonşu ölkələrdəki vətəndaşalrımızı diplomatik idarənin tövsiyələrinə əməl etməyə çağırırıq”, - nazirlikdən bildiriblər.

Rusiya Yaxın Şərqdə eskalasiyanın tərəflərini təmkinli olmağa çağırıb.

Qeyd olunub ki, Rusiya Yaxın Şərqdəki problemlərin ölkələr tərəfindən siyasi və diplomatik yollarla həllini gözləyir.