Aprelin 29-da Türkiyədə “Meta” şirkəti yerli antiinhisar orqanının qərarı ilə “Threads” xidmətinin fəaliyyətini dayandıracaq.
"Unikal" bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, Türkiyənin Rəqabət Təşkilatı mart ayında “Threads” və “Instagram” (Meta-ya məxsus) arasında məlumat mübadiləsini qadağan edən müvəqqəti qərar verib.
Qeyd edək ki, “Meta” şirkəti Rusiyada ekstremist elan edilib və qadağan olunub.