Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.
"Unikal" xəbər verir ki, Vitali Borisovun komandası Tbilisidə Gürcüstan yığması ilə qarşılaşıb. Tibilisi İdman Sarayında keçirilən matç Gürcüstan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar iki gün əvvəl də üz-üzə gəliblər və Azərbaycan millisi Gürcüstana 2:3 hesabı ilə uduzub.