Sahibkarları işğaldan azad edilmiş ərazilərdə, sənaye parklarında biznes qurmağa dəvət edirik.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlar Günü” ilə bağlı videomüraciətində bildirib.
O qeyd edib ki, Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların layihələrini dəstəkləyən xüsusi investisiya mənbələri və əlavə güzəştli kredit sistemini hazırlayıb təqdim etməyə hazırlaşır.