İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın “Saudi Aramco” şirkətinin prezidenti və baş icraçı direktoru Amin Nasserlə görüşündə enerji sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib.
“Unikal” xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə bildirib.
“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində "Saudi Aramco" şirkətinin prezidenti və baş icraçı direktoru Amin H. Nasser ilə görüşdə ölkəmizdə xarici sərmayədarlar üçün yaradılmış şərait, energetika sektorunda birgə fəaliyyət imkanları və hasilat layihələri üzrə əməkdaşlıq potensialı barədə müzakirələr apardıq.”, – iqtisadiyyat naziri qeyd edib.
Xatırladaq ki, daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və enerji inkişafı” tədbirində iştirak edəcəyini bildirmişdi.