Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı olub.
"Unikal" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, onlar Tavuşda delimitasiya və Azərbaycanla danışıqları müzakirə ediblər.
Tərəflər aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.