Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupman ikitərəfli və regional əməkdaşlığı müzakirə etmək və yeni təşəbbüslər irəli sürmək üçün Cənubi Qafqaza səfər edəcək.
"Unikal" xəbər verir ki, Avropa Komissiyasının rəsmisi aprelin 30-dan mayın 4-dək Ermənistan, Gürcüstan və Azərbaycanda səfərdə olacaq.
Mayın 3-də və 4-də Koopman Aİ-Azərbaycan əməkdaşlığını, o cümlədən regional əlaqə və bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə etmək üçün Azərbaycana səfər edəcək. O, hökumət rəsmiləri, o cümlədən Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşəcək.
Baş direktor potensialın gücləndirilməsi, mina riski ilə bağlı maarifləndirmə və qurbanlara dəstək yaradılması kimi məsələlərin həllinə kömək etmək üçün Aİ-yə üzv dövlətlərin nümayəndələri ilə birlikdə Azərbaycanda minalarla mübarizə üzrə Avropa Komandası təşəbbüsü ilə çıxış edəcək.
Baş direktor AİB ilə birlikdə Mikro, Kiçik və Orta Müəssisələrin maliyyə inklüzivliyini yaxşılaşdırmaq üçün Aİ dəstəyini də elan edəcək.