Azərbaycan və Ermənistan tərəfləri Qazaxıstanda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə “RIA Novosti“yə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Bildirilib ki, danışıqların dəqiq tarixi barədə məlumat veriləcək.
XXX
18:59
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ müəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.
“Unikal” xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev RİA Novosti-yə Mərkəzi Asiya Ölkələri və Azərbaycan ilə Ərəb İqtisadiyyat və Əməkdaşlıq Forumunun üçüncü sessiyası çərçivəsində məlumat verib.