Tbilisidə polis ölkə parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı 63 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze açıqlayıb.
"Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar", - məlumatda deyilir.
Qeyd edək ki, gürcülər artıq bir neçə gündür ki, parlament tərəfindən qəbul edilən "xarici agentlər" haqqında qanuna etiraz edirlər. Dünənki aksiyanı dağıtmaq üçün polis su şırnaqları və rezin güllələrdən istifadə edib. Bu zaman bir neçə KİV nümayəndəsi də xəsarət alıb.
Ağarza Elçinoğlu