Azərbaycan bütün dinlərin nümayəndələri üçün açıqdır.
"Unikal" xəbər verir ki, bunu Dünya Müsəlman İcmaları Şurasının Baş katibi Məhəmməd Beçəri Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində deyib.
“Bakı tolerantlığın paytaxtıdır, sevindirici haldır ki, bu gün hamımız buraya toplaşmışıq. Azərbaycan hökuməti və tolerant xalqı öz qapılarını bütün dinlərin nümayəndələrinin üzünə açıb və belə bir konfrans keçirir. Bu çox dəyərlidir”, - o bildirib.