Yunanıstan Ermənistan-Azərbaycan sərhədində eskalasiyanın qarşısının alınmasını vacib sayır.
"Unikal" xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində yayılan bəyanatında deyilir.
Departament Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini qeyd edib, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı razılaşmaları alqışlayıb. Yunanıstan Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, tərəflər delimitasiya prosesini 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında həyata keçirmək barədə razılığa gəliblər.