İndoneziyada bəy toydan 12 gün sonra arvadının kişi olduğu bilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı kişi “arvadıyla” bir il görüşüb, ancaq onun əslində kişi olduğunu bal ayı zamanı bilib. 

Belə ki, "qadın" evləndikdən sonra əri ilə yatmaqdan imtina edib. Kişi bundan şübhələnib və onun kişi olduğunu öyrənib. Hadisədən sonra bəy "gəlini" polisə şikayət edib.  

“Onların toy fotolarına baxsanız, “arvad” əsl qadına bənzəyir. Onun da yumşaq səsi tonu var, ona görə də heç bir şübhə yox idi”, - deyə məmurlar şərh ediblər.

Özünü qadın kimi təqdim edən şəxs həbs edilib.  Aldadılan bəyin ailəsi hələ də baş verənlərə inanmadığını bildiriblər. 

Seymur Əli