Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Kiçik gəzinti gəmisinin italyan turistləri daşıdığı güman edilir.

Polisin məlumatına görə, qayığın göyərtəsində 8 nəfər olub, onların arasında uşaq olmayıb. 5 sərnişinin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.