Qəzadan sonra İran prezidentinin helikopterinin iki sərnişini ilə əlaqə saxlamaq mümkün olub. 

"Unikal" xəbər verir ki, bu barədə İran mediası yazıb. 

*** 20:32

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından 3 saatdan çox vaxt keçib.

"Unikal" xəbər verir ki, axtarış işləri hələ də bir nəticə verməyib. 

*** 19:32

Bir qrup xilasedici İran prezidentinin helikopterinin sərt eniş etdiyi yerə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri bildirib.

*** 18:38

İran Prezidenti İbrahim Rəisinin qəzaya düşdüyü helikopterin axtarışları davam etdirilir. 

"Unikal" xəbər verir ki, axtarış yerindən yeni görüntü yayılıb. 

Azı 40 xilasetmə briqadasının axtarışlara cəlb olunduğu deyilir. 

*** 18:24

İran prezidentinin sərt eniş edən helikopterinin dəqiq yeri müəyyənləşib.

"Unikal" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, sərt eniş Arsbaran meşələrində yerləşən Ozi kəndi yaxınlığında baş verib.

Aralarında texniki işçilər və həkimlərin də olduğu fövqəladə xilasetmə qrupları hadisə yerindədir. Bu barədə İRNA agentliyi İran Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

Hadisə yerinə 20 xilasetmə qrupu gedib və helikopterin axtarışına başlanılıb.

*** 17:57

16 xilasetmə qrupu İran Prezidentini daşıyan helikopteri axtarır.

"Unikal" xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Ərazinin relyefiı və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatlarının müəyyən vaxt aparacağı bildirilir.

Axtarış əməliyyatının görüntülərini yerli telekanallardan biri yayıb.

Bundan əlavə, bəzi İran KİV-i İbrahim Rəisinin vəziyyətinin yaxşı olduğunu bildirsə də, ölkənin daxili işlər naziri deyib ki, “helikopterdəki şəxslərlə indiyədək əlaqə saxlaya bilməmişik”.

Şərqi Azərbaycan vilayətinin başçısı bildirib ki, prezidentin və helikopterdəki digər şəxslərin səhhəti barədə heç nə məlum deyil.

Mehr agentliyinin “İran prezidentinin vəziyyəti yaxşıdır” xəbəri digər İran mediası və mənbələri tərəfindən təsdiqlənmir.