Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 20-də Vyanaya işgüzar səfərə yola düşəcək.

"Unikal" xəbər evrir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Mirzoyan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) himayəsi altında “Gələcəyin formalaşdırılması” adlı nüvə təhlükəsizliyi üzrə nazirlərin beynəlxalq konfransında iştirak edəcək.

İkitərəfli, o cümlədən beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlər planlaşdırılır.