İran prezidenti İbrahim Rəisinin rəsmi "İnstagram" səhifəsində paylaşım edilib. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Paylaşımda Rəisinin fotosu paylaşılaraq insanlardan onun və digərlərinin sağlamlığı üçün dua etmələri xahiş olunur.

Qeyd edək ki, İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması xəbərinin verilməsindən təxminən iki saat keçsə də, bu ana qədər onunla bağlı heç bir məlumat yoxdur. 

Ağarza Elçinoğlu