Hondurasın Rusiyadakı səfiri Xuan Ramon Elvir Salqado vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Honduras Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Honduras Xarici İşlər Nazirliyi Hondurasın Rusiyadakı səfiri Xuan Ramon Elvir Salqadonun vəfatı ilə əlaqədar dərin təəssüf hissi keçirir və onun həyat yoldaşına, uşaqlarına, digər ailə üzvlərinə və dostlarına başsağlığı verir”, - nazirliyin məlumatında deyilir.