Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın  məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Lənkəran rayon sakini, Zahir Qurbanov idarə etdiyi avtomobilini aşıraraq xəsarət alıb.

Yaralı sürücü dərhal  Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov