İran prezidenti və xarici işlər naziri helikopter qəzasında həyatını itirib. Ötən gündən bəri dünya mediasının diqqət mərkəzində olan helikopter qəzasında bir neçə iddia səsləndirilib. 

"Unikal" xəbər verir ki, "CNN TÜRK"ün xüsusi xəbər müxbiri Fulya Öztürk qəza yerindən ən son məlumatları açıqlayıb. 

Canlı yayımda bölgədəki son hadisələri çatdıran Öztürk, "Helikopter Akıncı TİHA tərəfindən aşkarlanıb. Sonradan meyitlər tapılıb və onlar müxtəlif maşınlarla aparılıb. Helikopterin qalıqlarının yerləşdiyi ərazidə geniş təhlükəsizlik tədbirləri var. Məlumata görə, helikopterin arxa hissəsi yanıb, mühərrik nasazlığı olub. Bizə dedilər ki, helikopter İran prezidentliyinə aid deyil. Bu, İran Silahlı Qüvvələri və ya İran Qızıl Aypara Cəmiyyətinin istifadə etdiyi helikopter olubmuş. İran prezidenti bundan niyə istifadə etmək istəyib? Dumanlı havada niyə havaya qalxıb? Qara qutunun olmadığı da iddialar arasındadır", - deyib. 

Zərifə Nağıyeva