ABŞ Dövlət Departamenti İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib. 

"Unikal"ın məlumatına görə, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.

"ABŞ İranın şimal-qərbində baş vermiş helikopter qəzası nəticəsində İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və nümayəndə heyətinin digər üzvlərinin həlak olması ilə bağlı rəsmi başsağlığı verir. Biz İran xalqına dəstəyimizi bir daha təsdiqləyirik",- deyə bəyanatda deyilir.