Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Vətənə dönüb.
"Unikal" xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançının yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Hidayət Heydərov 11 ildən sonra Azərbaycana yenidən qızıl mükafat qazandırıb. Sonuncu dəfə bu titula 2013-cü ildə Braziliyada təşkil olunmuş mundialda Elxan Məmmədov sahib çıxıb.