Tovuz sakini Kür çayında batıb.

"Unikal" xəbər verir ki, hadisə Kür çayının Tovuzdan keçən hissəsində baş verib.

Məlumata görə, çayda batan şəxs rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Cavid Baxşəliyevdir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Tural Əhmədov