Norveçin rusların ölkəyə girişinə məhdudiyyətlər qoymaq qərarına Rusiya cavab tədbirləri görəcək.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Oslonun Rusiya vətəndaşlarına qarşı yeni qeyri-dost addımı açıq ayrıseçkilikdir, xüsusən də bizim ölkə vətəndaşlarına. Bu, Rusiya və Norveç xalqları arasında istənilən əlaqəni tamamilə məhv etmək məqsədi daşıyır”, - deyə o, brifinq zamanı bildirib.

Qeyd edək ki, Norveç turizm və digər qeyri-vacib məqsədlər üçün gələn rusların ölkəsinə girişinə icazə verilməyəcəyini açıqlayıb.

Gülayə Mecid