Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kadırov sosial şəbəkədə yazıb.

O, Ukraynada davam edən müharibədə iştirak etmək üçün on minlərlə əsgər göndərəcəyini vəd edib: "Mən bir daha dövlət başçısına elan etdim ki, birinci əmrlə on minlərlə təlim keçmiş və təchiz olunmuş ehtiyatda olan hərbçi xüsusi əməliyyat zonasına getməyə hazırdır"

Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan bəri Çeçenistan 43500 nəfəri cəbhəyə göndərib. 

Ağarza Elçinoğlu