Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əmək haqqı fondudur.
"Unikal" xəbər verir ki, bunu Milli Məcisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
“Ötən ilin son göstəricisinə görə, əmək haqqı fondu 21 milyard manatdan bir az artıqdır. Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18 %-ə çatmır. Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Amma bu da kiçik məbləğdir. Bizim üçün ən vacib məsələ əmək haqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən qidalana bilsin”.
Anar Kəlbiyev