İsrailin baş naziri Binyamin Netanyahu, Fələstinlilərin məskunlaşdığı çadır düşərgəsinin yaxınlığındakı Rəfahdakı hava hücumunu “faciəli hadisə” adlandırıb.
"Unikal" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib.
Siyasətçi bildirib ki, HƏMAS-a təzyiq etmək lazımdır və bunu İsrail edir.
“Rəfəhdə bir milyon qeyri-döyüş sakinini təxliyə etdik və bütün səylərə baxmayaraq, dünən faciəli hadisə baş verdi. Biz halları araşdırıb nəticə çıxarırıq. Bizim üçün döyüşlərdə iştirak etməyən hər qurban faciədir, HƏMAS üçün bu, strategiyadır”, - deyə siyasətçi bildirib.
Xatırladaq ki, mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail Hərbi Hava Qüvvələrinin (IAF) Rəfahın şimal-qərbindəki köçkün düşərgəsinə endirdiyi zərbədən sonra çoxlu itki və yaralıların olduğunu bildirib.
Gülayə Mecid