Argentina Prezidenti Xavyer Miley yeni hökumət başçısı təyin edib.
"Unikal" xarici KİV-ə istinadən xəvər verir ki, bu vəzifə daxili işlər naziri Gilyermo Frankosa həvalə edilib.
"Prezidentin Aparatı Nikolas Possenin Nazirlər Kabinetinin rəhbəri vəzifəsindən istefa verdiyini elan edir. Hökumət rəhbərliyinə daha çox siyasi çəki vermək üçün baş nazir postunu Gilyermo Frankos icra edəcək”,- məlumatda qeyd olunub.
Bildirilir ki, baş nazirin istefasına səbəb “hökumətin tərəqqisi və ona tapşırılan vəzifələrlə bağlı yanaşmalar və gözləntilərdə fərqlilik” olub.