Məhəmməd Baqer Qalibaf 12-ci çağırış İran Məclisinin (parlament) sədri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə İRİB telekanalı məlumat yayıb. Mayın 27-də İranın 12-ci parlamenti öz işinə başlayıb. Martın 1-də qanunverici orqanlara seçkilər keçirilib və seçicilərin 41%-i iştirak edib.
Məclisdə 290 deputat var. Konstitusiya siyasi, coğrafi və digər amilləri nəzərə alaraq parlamentarilərin sayını dəyişməyə imkan verir. Belə ki, hər 10 ildən bir deputatların sayı 20 artırıla bilər.