Rusiya Dövlət Dumasına ictimai yerlərdə hicab taxmağın qadağan edilməsinin mümkünlüyü ilə bağlı qanun layihəsi təqdim olunub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Deputatlar hicab geyilməsinin qadağan olunması ilə bağlı rayonlara və təhsil təşkilatlarının rəhbərlərinə öz qərarlarını vermək istəyirlər.
Qanun layihəsini Yeni Xalq Partiyasından olan deputat Vyaçeslav Davankov təqdim edib. Qanun layihəsinin müəllifləri öz izahatında Konstitusiyanın Rusiya dünyəvi dövlət olduğu və heç bir dinin vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıra, habelə ictimai yerlərdə mümkün təhlükələr yarada bilməyəcəyi maddəsinə istinad edirlər.
Bildirilib ki, Rusiya Federasiyasının bir sıra təsis qurumlarında hazırda yüksək səviyyədə terror təhlükəsi olduğundan, hicablar müşahidə kameralarından şəxsin müəyyən edilməsini çətinləşdirir.
Qanun qəbul olunarsa, ictimai yerlərdə hicab taxmağa qadağa həm federasiya subyekti səviyyəsində, həm də təhsil müəssisəsinin rəhbərliyi səviyyəsində tətbiq oluna bilər.
Ağarza Elçinoğlu