İranın qurucusu, ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni növbədənkənar prezident seçkisində öz namizədliyini irəli sürməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Yazılı İrs İnstitutunun rəhbəri Məhəmməd Əli Ənsari müsahibəsində bildirib ki, Xomeyninin belə bir fikri yoxdur.
Qeyd edək ki, bir sıra ekspertlər prezident İbrahim Rəisinin ölümündən sonra Həsən Xomeyninin dövlət başçısı postuna namizədlərdən biri ola biləcəyini hesab edirdilər.