İsrail Müdafiə Qüvvələrinin (IDF) tankları Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzinə daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, şəhərdə toqquşmalar başlayıb: "İsrail tankları Rəfahın mərkəzindəki yol kəsişməsində yerləşir". 

Fələstin Mülki Müdafiə İdarəsi daha əvvəl bildirmişdi ki, İsrailin Rafah qaçqın düşərgəsinə endirdiyi hava hücumu nəticəsində azı 40 nəfər həlak olub, onlarla adam yaralanıb.

İsrailin baş naziri hadisəyə toxunaraq, bunun faciəvi səhv olduğunu qeyd edib.

Ağarza Elçinoğlu