Türkiyə Təhlükəsizlik Şurası ümid edir ki, Bakı və İrəvan arasında danışıqlarda müsbət irəliləyiş sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Şurasının ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.
“Biz Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişinə gətirib çıxaracağına ümid etdiyimizi bir daha vurğuladıq və davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səyləri dəstəkləyirik”, - deyə bəyanatda bildirilir.