ABŞ hərbi təyyarəsi Nyu-Meksiko ştatının Albukerke hava limanında qəzaya uğrayıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təyyarədə yalnız pilot olub, o xəstəxanaya yerləşdirilib. Hadisədən sonra hava limanı artıq fəaliyyətini bərpa edib.

Bildirilib ki, bu, havaya qalxdıqdan az sonra qəzaya uğrayan "F-35" qırıcısı ola bilərdi.