12 sentyabr 1952-ci ildə məşhur balıqçı və yazıçı Riçard Uoker tərəfindən tutulan balıq hərraca çıxarılacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dondurulmuş balığın 72 il sonra 40 min funta satılacağı bildirilir.
Bu sazan balıqçılıq tarixində ən mühüm hadisə hesab olunur və müasir balıq ovun başlanğıcını qoyur. Balığın orijinal dərisi 24 və 25 iyul tarixlərində Şropşir ştatındakı "Malloch Jones" aksion evində 35-40 min funt sterlinq arasında qiymətləndiriləcək.
Balıq zərli yazı və haşiyə ilə bəzədilmiş, qamış və çınqıldan ibarət naturalist çərçivədə saxlanılır.
Seymur Əli