ABŞ-də daşınmaz əmlak şirkətinin sahibi olan iş adamı Larri Konnor və "Triton Submarines" adlı gəmiçilik şirkətinin həmtəsisçisi Patrick Lahey "Titanik" gəmisini araşdırmaq üçün sualtı səyahət etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, ikili Şimali Atlantik Okeanında batan gəmini görmək üçün təxminən 3800 metr dərinliyə enə bilən sualtı qayıqla səyahət etmək istədiklərini bildiriblər.
Həmçinin, "Connor" şirkətinin sözçüsü bildirib ki, səyahət yalnız sualtı qayığın dəniz qurumu tərəfindən tam təsdiqindən sonra baş tutacaq.
Qeyd edək ki, ötən il "OceanGate" şirkətinin inşa etdiyi sualtı qayıq "Titanik"ə gedərkən partlayıb və qəza nəticəsində 5 nəfər həlak olub.
Zərifə Nağıyeva