Heç bir sanksiya və ya embarqo Rusiya iqtisadiyyatını sındıra bilməz.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.
O, Ağ Evin Rusiyaya qarşı potensial ticarət embarqosu ilə bağlı bəyanatlarını belə şərh edib: "Heç bir embarqo və ya sanksiyalar Rusiya iqtisadiyyatını poza bilməz, Rusiya Federasiyasını öz prinsipial yolundan döndərməyə məcbur etmək mümkün deyil".
Antonov həmçinin qeyd edib ki, ABŞ və müttəfiqləri Amerika sanksiyalarından uduzacaqlar.
Ağarza Elçinoğlu