Çində “China Huarong International Holdings Limited” şirkətinin keçmiş baş direktoru rüşvətxorluğa görə ölüm cəzasına məhkum edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hökm ötən günTianjin Aralıq Xalq Məhkəməsində elan edilib.
Çin mətbuatının məlumatına görə , 2014-2018-ci illərdə Bay Tianhui öz vəzifəsindən istifadə edərək qanunsuz olaraq rüşvət və ümumi dəyəri 1,108 milyard yuandan (təxminən 154 milyon ABŞ dolları) çox olan əmlak alıb. Qeyd olunur ki, o, holdinqdə bir sıra mühüm vəzifələrdə çalışaraq, əməkhaqqı üçün layihələrin əldə edilməsində və korporativ maliyyələşdirmədə bölmələrə köməklik edib.
Məhkum siyasi hüquqlarından məhrum edilir, onun bütün əmlakı və cinayət yolu ilə əldə etdiyi pullar müsadirə edilərək dövlətin hesabına köçürüləcək.
Bu, Çinin "Huarong International Holdings Limited" şirkətinin edam cəzasına məhkum edilmiş ikinci məmurudur. Çin "Huarong" idarə heyətinin keçmiş sədri Lai Xiaminq 2008-2018-ci illər arasında məhkəmə onu 1,78 milyard yuan (251 milyon dollar) məbləğində rüşvət almaqda təqsirli bildikdən sonra 2021-ci ilin yanvarında edam edilib.
Gülayə Mecid