Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəza nəticəsində azı 28 nəfər ölüb, onlarla insan yaralanıb.
Polisin ilkin məlumatına görə, qəzaya səbəb həddindən artıq sürət zamanı təkərin partlaması olub. Ölənlər arasında qadın və uşaqlar da var.
Ağarza Elçinoğlu