Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri Baqrat Qalstanyan aksiya iştirakçıları ilə birlikdə Daxili İşlər Nazirliyinin binasının qarşısında aksiya keçirir. 

"Unikal" xəbər verir ki,  bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

***10:07

Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçıları respublikanın Daxili İşlər Nazirliyinin binasına doğru gedirlər.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Mitinqdə etirazçı arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zorakılıqla bağlı izahat verməlidir.

Din xadimi bildirib ki, polisin əməlinə görə cavab tələb etmək və dinc əhaliyə qarşı zorakılıq tətbiq etmək göstərişini kimin verdiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə getməyə qərar verib.

Gülayə Mecid