Tanzaniyada yeni doğulmuş körpə dünya mediasının diqqətini çəkib.
"Unikal" xəbər verir ki, çəkisi 4,5 kq olan körpə ayaqları bitişik şəkildə dünyaya gəlib. Həmçinin, cinsiyyət orqanının qeyri-müəyyən olması cinsiyyət təyin etməyi çətinləşdirib. Körpə cəmi beş dəqiqə yaşayıb.
Həkimlər körpəyə sirenomeliya və ya "su pərisi sindromu" diaqnozunu qoyub. Bu, nadir xəstəlik növlərindən biridir.
Seymur Əli