ABŞ-nin eks prezidenti Donald Tramp prezidentliyi dövründə Rusiya Ukraynaya təcavüz etsə və ya Çin Tayvanı işğal etsə, Moskva və Pekini bombalayacağını bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
O, maliyyə toplama tədbiri zamanı Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq Moskvanı bombalayacağını və Çinin Tayvanı işğal edəcəyi təqdirdə Pekinə hücum edəcəyini təklif edib.
Bundan əvvəl ABŞ-nin ATƏT-dəki keçmiş daimi nümayəndəsi Ceyms Gilmor Tayvanda jurnalistlərə bildirib ki, Tramp təcridin tərəfdarı deyil, sadəcə olaraq müttəfiqləri öz müdafiələrinə daha çox diqqət yetirməyə məcbur etməyə çalışır.
"Mən inanıram ki, Tramp prezident olanda Tayvanı dəstəkləyəcək. O, bunu ilk prezidentlik müddətində edib", - o, "Reuters" agentliyinə bildirib.
Ağarza Elçinoğlu